Son Xəbərlər
Fransanın dənizaşırı ərazilərinin unikal ekosistemləri onun siyasəti
Bakı Təşəbbüs Qrupu (BTQ) "Oğurlanmış firavanlıq: Müstəmləkəçilik
Azərbaycan Mərkəzi Bankı (AMB) səhmlərinin 75 %-i dövlətə məxsus olan
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)
Nazirlər Kabineti 13 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş
Bakıda tarixi abidəyə müdaxilə olunub. Liderxeber.az xəbər verir ki, bu barədə
Azərbaycanın sədrliyi humanitar minatəmizləməni Asiyada Qarşılıqlı Fəaliyyət
Avropa İttifaqının İran və Rusiyaya qarşı sanksiyaları Ermənistan
Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ildə şəhər əhalisinə göstərilən
2025-ci ildə Buxarestdə Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi
banner

Azərbaycan Mərkəzi Bankı dövlət bankına icrası məcburi göstəriş verib

23 yan 2025, 16:15
Azərbaycan Mərkəzi Bankı dövlət bankına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) səhmlərinin 75 %-i dövlətə məxsus olan “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.

Liderxeber.az  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, “Azər-Türk Bank” “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 14.1-ci bəndinin tələbini pozduğu üçün “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbi rəhbər tutularaq, Banka müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması, qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Həmin bəndə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklarda leverec əmsalı ( I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə nisbəti) 4 %-dən az olmamalıdır.