Son Xəbərlər
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha

Kayrat Sarıbay: Azərbaycan AQEM ölkələrinə minatəmizləmə sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib

23 yan 2025, 14:16
Kayrat Sarıbay: Azərbaycan AQEM ölkələrinə minatəmizləmə sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib

Azərbaycanın sədrliyi humanitar minatəmizləməni Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində yeni etimad tədbiri kimi təklif edir.

Bunu müsahibəsində AQEM-in Baş katibi Kayrat Sarıbay deyib.

Onun sözlərinə görə, bu məsələdə əsas diqqət minalardan çirklənmə ilə üzləşən bir çox Asiya ölkələri üçün bu çağırışın aktuallığını nəzərə alaraq qabaqcıl təcrübə mübadiləsinə yönəldiləcək.

“Humanitar və sosial proqramlara töhfə AQEM-in bütün üzv dövlətlərinin mühüm prioritetidir. Azərbaycan təşkilata sədrlik edən ölkə kimi AQEM-i sülhün, sabitliyin möhkəmləndirilməsi və həyat keyfiyyətinin yüksəldilməsi üçün səmərəli platforma hesab edir”, baş katib bildirib.

O, Azərbaycanın sədrliyi altında üzv dövlətlərin bu sahələrdə dialoqu dərinləşdirəcəyinə və razılaşdırılmış addımlar atacağına əminliyini ifadə edib: “Bu təşəbbüslər praktiki fayda verəcək, qarşılıqlı anlaşmanı, mədəniyyətlərə hörmət münasibətini möhkəmləndirəcək və ölkələrimizdə əhalinin rifahının yüksəldilməsi üçün yeni imkanlar yaradacaq”.

“Azərbaycanın sədrliyi iki əhəmiyyətli transformasiya ilə xarakterizə olunan yeni dövrün başlanğıcını təmsil edir: AQEM-in tam beynəlxalq təşkilata çevrilməsi prosesi və geosiyasi, eləcə də iqtisadi kontekstdə dərin dəyişikliklər. Bu prosesdə qlobal artım, innovasiya və siyasi təsir mərkəzi kimi özünü daha çox təsdiqləyən Asiyanın qarşılıqlı əlaqəsi xüsusi əhəmiyyət kəsb edir”, - K.Sarıbay əlavə edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.