Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

CityCard qlobal sazişə imza atır

20 may 2026, 11:07
CityCard qlobal sazişə imza atır

İlk milli ictimai nəqliyyat ödəniş həlli olan CityCard qlobal sazişə imza atır.

Ölkəmizdə nəqliyyat və fintex sahəsində innovasiya yeni bir mərhələyə qədəm qoyur. Payriff şirkəti Azərbaycanın ilk və tək milli ictimai nəqliyyat ödəniş həlli olan CityCardın ABŞ və Avropa bazarlarında tətbiqi ilə əlaqədar olaraq ABŞ-ın Sentry Management Solutions şirkəti ilə Anlaşma Memerandumu (MOU) imzalayıb.

Payriff tərəfindən təqdim olunan CityCard ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən və 2016-cı ildən etibarən Nyu-York şəhərinin nəqliyyatın idarə olunması üzrə texnologiya həlləri təqdim edən Sentry Management Solutions şirkəti ilə strateji tərəfdaşlığa başlayır. Bu əməkdaşlıq Azərbaycanın yerli texnologiya məhsulunun beynəlxalq bazara çıxışı baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, CityCard Nəqliyyat Ödəniş Platforması AZCON Holding-in sifarişi və dəstəyi ilə Payriff tərəfindən 2025-ci ildə yaradılıb və pilot şəhər olaraq Gəncədə uğurla tətbiq olunub. İndiyədək bu sistem vasitəsilə 24 milyondan çox gediş həyata keçirilib. Növbəti mərhələdə isə Naxçıvan, Şamaxı və digər şəhərlərdə də tətbiqi nəzərdə tutulur. Ölkəmizdəki fəaliyyəti ilə yanaşı, ölkənin ilk milli ictimai nəqliyyat ödəniş həlli kimi qısa müddətdə uğur qazanan CityCard artıq yalnız lokal bazarda deyil, qlobal miqyasda da innovativ nəqliyyat həllərinin inkişafına töhfə verməyə hazırlaşır.

CityCard-ın rəqəmsal ödəniş infrastrukturu və ictimai nəqliyyat sahəsindəki təcrübəsi Sentry Management Solutions-un qlobal nəqliyyat idarəetmə təcrübəsi ilə birləşərək daha ağıllı, səmərəli və müasir nəqliyyat həllərinin yaradılmasına imkan verəcək.