Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək

03 iyn 2026, 12:20
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək

Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. 

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, gələcəkdə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

“İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Nəticədə Binəqədi - “20 Yanvar” - Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq.

Hazırda Azadlıq prospekti - Binəqədi şosesi istiqamətindən Binəqədi - Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti alternativ marşrut yaradacaq. Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.

Sumqayıt-Xırdalan istiqamətindən metronun “Nəriman Nərimanov” stansiyasına hərəkət edən sərnişinlər, “20 Yanvar” dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər. 

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək “20 Yanvar” dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edəcək. 

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq”, - məlumatda qeyd edilib.