Son Xəbərlər
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı,
Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
2026-cı ilin temperatur rekordu İranda qeydə alınıb. İyulun 13-də Dehloran
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2
İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.

“Kapital Bank” 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

15 iyl 2026, 11:04
“Kapital Bank” 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib

Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə 13,3 milyard manat təşkil edib.

Liderxeber.az xəbər verir ki, müştərilərə verilən kreditlərin həcmi isə 6 milyard manatdır.

30 iyun 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 10 milyard manat təşkil edib. Bankın 30 iyun 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.

Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 44% arataraq 222 milyon manata çatıb.

Qeyd edək ki, “Kapital Bank” “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün sayta, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Nağd pul krediti və “Birbank kartı” sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.