Son Xəbərlər
Ölkənin birinci bankı “Kapital Bank”ın aktivləri 30 iyun 2026-cı il tarixinə
Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə
ABŞ sentyabrın 30-dək İraqdan qoşunlarını tam çıxaracaq. Liderxeber.az
Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə
Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2
İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.
Dünya çempionatında Kabo-Verde millisinin heyətində göstərdiyi möhtəşəm
İran ABŞ-nin hərbi zərbələri və Hörmüz boğazında dəniz blokadası cəhdləri
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubuna endirdiyi hava zərbəsi

Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir

15 iyl 2026, 10:26
Yatmazdan əvvəl bunları yemək yuxunu alt-üst edir

Rusiyalı qastroenteroloq Oleq Novikov yatmazdan əvvəl qəbul edilməsi tövsiyə olunmayan ən zərərli qidaların siyahısını açıqlayıb.

Liderxeber.az xəbər verir ki, həkimin sözlərinə görə, axşam saatlarında ilk növbədə şirniyyatlar, hisə verilmiş, qızardılmış və ədviyyatlı qidalardan, eləcə də çay, qəhvə və şəkərli içkilərdən uzaq durmaq lazımdır.

O bildirib ki, bu qidalar qanda qlükoza səviyyəsinin kəskin şəkildə artmasına səbəb olaraq yuxu rejimini tamamilə pozur.

Qastroenteroloq gecə vaxtı digər bəzi qidaların da orqanizmə mənfi təsir göstərdiyini vurğulayıb:

“Turş və sitrus meyvələri, qazlı içkilər: Qarında narahatlıq və gəyirməyə səbəb olur.

Qoz-fındıq: Ağır qida olduğu üçün yatmazdan əvvəl həddindən artıq yeyilməməli, yalnız çox az miqdarda qəbul edilməlidir.

Paxlalı bitkilər: Güclü köp və şişkinlik yaradır.

Kartof və qarğıdalı: Günün ikinci yarısında bu qidaların həzm olunması çətinləşir”.