Son Xəbərlər
Bu gün Sumqayıt Tibb Mərkəzində əməkdaşlar üçün vaksinasiya aparılıb.
Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov
19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM)
Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə
20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi
Əfqanıstanda “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili
Həm yay, həm də payız və qış aylarında yetişən almanın sağlamlığımıza bir çox
“Türkiyə kiberhücumlara qarşı hazırdır”. Liderxeber.az-ın Türkiyə müxbirinin
banner

Azərbaycan Prezidenti: Gürcüstanla birgə həyata keçirdiyimiz layihələr Avrasiya məkanında önəmli amil rolunu oynayır

26 may 2024, 13:37
Azərbaycan Prezidenti: Gürcüstanla birgə həyata keçirdiyimiz layihələr Avrasiya məkanında önəmli amil rolunu oynayır

Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat, enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.

Liderxeber.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikində əksini tapıb. “Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.