Son Xəbərlər
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər

AzTU ilə Özbəkistanın bu universiteti arasında ikili diplom razılaşması - Fotolar

08 iyn 2026, 15:05
AzTU ilə Özbəkistanın bu universiteti arasında ikili diplom razılaşması - Fotolar

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universiteti arasında radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının imzalanmasına həsr olunan görüş keçirilib. 

Liderxeber.az xəbər verir ki, onlayn formatda keçirilən görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Baxodur Turayev və hər iki tərəfdən nümayəndələr iştirak edib.

Görüş zamanı radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının yerinə yetirilməsinin üstünlüyü qeyd olunub. Bildirilib ki, sözügedən ixtisas müasir dövrün tələblərinə tam uyğundur. Hazırda rəqəmsallaşma, 5G və gələcək 6G texnologiyaları, peyk rabitəsi, optik şəbəkələr sürətlə inkişaf edir. Bu sahələrin inkişafı üçün yüksəkixtisaslı radiotexnika və telekommunikasiya mühəndislərinə ehtiyac var.

Bundan başqa, proqramın həyata keçirilməsi türk dünyasının akademik mühitinə də töhfə verəcək.

Daha sonra AzTU ilə Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, ikili diplom proqramında tədris ingilis dilində həyata keçiriləcək. İngilis dilində təhsil tələbələrə beynəlxalq akademik mənbələrdən daha rahat istifadə etmək və gələcəkdə magistratura və doktorantura təhsilini xaricdə davam etdirmək üçün əlavə imkanlar yaradacaq.

Tələbələr ilk iki ili Beynəlxalq Türk Dövlətləri Universitetində, 3 və 4-cü kursu isə AzTU-da təhsil alacaq.

Sonda proqramı uğurla bitirənlərə hər iki universitetin diplomu təqdim olunacaq.