Son Xəbərlər
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Müntəzəm fiziki aktivlik ürək sağlamlığı üçün faydalıdır. Lakin məşqlərə
"Son illərdə təbabətin sürətlə inkişaf etməsi, diaqnostik imkanların
“CineMastercard” premium kinoteatrlar şəbəkəsi tamaşaçılarının rahatlığını
Yay aylarında açıq havada vaxt keçirmək, piknik etmək, dənizə və ya hovuza
Artıq çəki almağımıza səbəb olan amillərdən biri də şirniyyatdır.
Mütəxəssislər qarpızın təkcə susuzluğu aradan qaldırmadığını, həm də sağlamlıq
Yay aylarında ilanların aktivliyi artır və bu da təbiətdə, bağ sahələrində və

Azərbaycan mediasının dünəni, bu günü, gələcəyi

23 iyl 2026, 17:47
Azərbaycan mediasının dünəni, bu günü, gələcəyi

Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan vasitələrdən biri də mətbuatdır. 1875-ci ildən üzü bu yana xalqın oyanmasına, özünü dərk etməsinə yönəlmiş bir sıra ciddi işlərin öhdəsindən layiqincə gələn milli mətbuatımız ötən əsrin əvvəllərində və sonlarında Azərbaycanımızın müstəqilliyə doğru addımlamasında mühüm rol oynamışdır.

Müstəqilliyimizin bərpasından sonra demokratik inkişaf yolu keçən mətbuat bu gün Müzəffər Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı nəticəsində özünün ən inkişaf etmiş dövrünü yaşayır. Bu inkişafı  44 günlük Vətən savaşı zamanı hər bir azərbaycanlı açıq-aydın gördü. KİV-lərin düşüncə cəbhəsindəki savaşda ciddi uğurlara imza atması çox keçmiş tarix deyil. Bütün bunlara rəğmən, Vətən Müharibəsindən sonra Ölkəmizdə dövlət-cəmiyyət, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmış oldu. Bu təlabatın ödənməsi üçün Ölkə başçısı cənab İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərman yerində və zamanında verilmiş qərardır. İmzalanmış bu Fərmanın media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacağına tam səmimiyyətlə inanırıq.

Bildiyimiz kimi, demokratik cəmiyyətdə fikir, söz və məlumat azadlığının mövcudluğu vətəndaşlara siyasi həyatda daha səmərəli şəkildə iştirak etməyə imkan verir. Eyni zamanda, KİV hökümətin təbliğatına təkcə vasitə kimi xidmət göstərmir, onlar həm də hökümətin fəaliyyətini öyrənir və ictimaiyyətin maariflənməsi üçün  keyfiyyətli xəbər istehsal edir. Bu keyfiyyətli xəbər istehsalına necə nail olmaq sualı doğarkən, bir cavab açıq-aydın görünür: media subyektlərinin bütün sahələrini əhatə edən Medianın İnkişafı Agentliyinin yaradılması keyfiyyətli xəbər istehsalına zəmin yaratmışdır. İnanırıq ki, kökü Zərdabi kimi vətənpərvər ziyalıların işıqlı düşüncəsindən mayalanmış, yaradıcılıq qayəsi “millət, millət, millət, vətən, vətən, vətən, dil, dil, dil” olan Cəlil Məmmədquluzadə dühası ilə yeni yol almış, bu günü saysız-hesabsız aydınlarımızın ziyaları ilə işıqlanmış Azərbaycan publisistikası bundan sonra daha da inkişaf edəcək, keyfiyyətli xəbər istehsalı ilə hər bir oxucusunu və dinləyicisini tam təmin edəcəkdir.

Nəcibə Abdullayeva
Neftçala rayonu