Son Xəbərlər
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkənin Silahlı Qüvvələrinin
Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində, Mopanşan adası
Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin
Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin
Cənubi Koreya hökuməti 14 yaşı tamam olmamış uşaqların sosial media
Prezident Donald Trampın İranın infrastrukturunu vurmaqla bağlı hədələri
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31
“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi

16 iyl 2026, 15:02
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Liderxeber.az xəbər verir ki, Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyinin artıq Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 3 DOST filialı, 1 “Smart DOST” məntəqəsi və 2 DOST məntəqəsi fəaliyyət göstərir. Hazırda DOST xidmətləri infrastrukturunun genişləndirilməsi üçün layihə, təmir-tikinti işləri davam etdirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlükləri,  dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı diqqətə çatdırılıb. DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi və ötən dövrdə bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Qeyd olunub ki, bir sıra ölkələr DOST konsepsiyasına maraq göstərir (Moldova, Özbəkistan və Serbiya) və onlarla bu sahədə təcrübə mübadiləsi aparılır.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin yarımillik fəaliyyətinə dair hesabatı təqdim edib. Hesabatda vətəndaş müraciətlərinin qəbulu dinamikası, göstərilən xidmətlərin keyfiyyət göstəriciləri, xidmət prosesində tətbiq edilən innovativ rəqəmsal həllər və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

İclasda Agentliyin fəaliyyət istiqamətləri üzrə görülən işlər, qurumun strateji hədəfləri və prioritet məsələlər müzakirə olunub.