Son Xəbərlər
Prezident Donald Trampın İranın infrastrukturunu vurmaqla bağlı hədələri
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31
“Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana
“ASAN xidmət”in və “Kontakt”ın birgə təşkilatçılığı ilə Şuşa şəhərində
"Həddindən artıq isti içkilər və yeməklər təhlükəli ola bilər".
Venesuelada baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin sayı
Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. Liderxeber.az-ın
ABŞ-nin Küveyt, Bəhreyn, İordaniyadakı bazaları və hərbi mərkəzləri PUA
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfər proqramını

İrandan xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"

16 iyl 2026, 13:39
İrandan  xəbərdarlıq: "Təhdidlər reallaşsa, ABŞ-nin bölgədəki bütün obyektlərini vuracağıq"

Prezident Donald Trampın İranın infrastrukturunu vurmaqla bağlı hədələri reallaşacağı təqdirdə, İslam Respublikasının ordusu ABŞ-nin bölgədəki obyektlərini hədəfə alacaq.

Liderxeber.az "Fars" agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.

"Əgər ABŞ prezidentinin bu yaxınlarda İslam Respublikasının infrastrukturuna zərbə endirilməsi ilə bağlı səsləndirdiyi təhdidlər həyata keçirilərsə, o zaman İranın təmkinliyi sayəsində bu günə qədər toxunulmaz qalan hər şey, yəni bölgədəki bütün infrastruktur Silahlı Qüvvələrimizin güclü zərbələri ilə elə darmadağın ediləcək ki, ondan heç bir əsər-əlamət qalmayacaq, sanki heç vaxt mövcud olmayıb", - deyə hərbi qurumun mətbuat xidmətinin açıqlamasında vurğulanır.

Bəyanatın mətninə əsasən, Hörmüz boğazı İran üçün qırmızı xətt hesab olunur və rəsmi Tehran ABŞ-nin bu ərazinin idarə olunmasına müdaxilə etməsinə qətiyyən imkan verməyəcək.