Prezident Donald Trampın İranın infrastrukturunu vurmaqla bağlı hədələri reallaşacağı təqdirdə, İslam Respublikasının ordusu ABŞ-nin bölgədəki obyektlərini hədəfə alacaq.
Liderxeber.az "Fars" agentliyinə istinadən xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb.
"Əgər ABŞ prezidentinin bu yaxınlarda İslam Respublikasının infrastrukturuna zərbə endirilməsi ilə bağlı səsləndirdiyi təhdidlər həyata keçirilərsə, o zaman İranın təmkinliyi sayəsində bu günə qədər toxunulmaz qalan hər şey, yəni bölgədəki bütün infrastruktur Silahlı Qüvvələrimizin güclü zərbələri ilə elə darmadağın ediləcək ki, ondan heç bir əsər-əlamət qalmayacaq, sanki heç vaxt mövcud olmayıb", - deyə hərbi qurumun mətbuat xidmətinin açıqlamasında vurğulanır.
Bəyanatın mətninə əsasən, Hörmüz boğazı İran üçün qırmızı xətt hesab olunur və rəsmi Tehran ABŞ-nin bu ərazinin idarə olunmasına müdaxilə etməsinə qətiyyən imkan verməyəcək.