Son Xəbərlər
Azərbaycan Hava Yollarının 6 iyul tarixinə planlaşdırılan bir sıra
“Balaxanı-Sabunçu-Ramana” yatağında SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişinə
Sosial şəbəkələrdə son günlər Şıxov çimərliyində dənizin içərisində iri
6 iyul tarixində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. Liderxeber.az
Xəzər Universiteti Dünya Məktəbi MMC-nin İnsan Resursları Departamentinin
Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib. Liderxeber.az
İranın paytaxtı Tehranda ölkənin mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,

Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitirdilər

06 iyl 2026, 17:04
Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitirdilər

“Balaxanı-Sabunçu-Ramana” yatağında SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişinə əsasən hasilat işləri aparan “Balakhani Operating Company LTD” (BOC) 2026-cı ilin ilk yarısını rekord göstəricilərlə bitirib.

Şirkət hasilatını orta gündəlik olaraq 1000 tona çatdırıb. Bundan əlavə qabaqcıl geoloji modelləşdirmə və geoloji-texniki tədbirlərin tətbiqi nəticəsində fəaliyyət ərazilərində işlənmədə olan ümümi quyuların sayı 820-yə qədər optimallaşdırılıb.

Bu nəticənin arxasında hər bir BOC heyət üzvünün durduğunu qeyd edən şirkət prezidenti Rövşən Rzayev Balaxanı neftçilərinə yarımillik nəticələrlə bağlı təşəkkür məktubu ünvanlayıb. Onlara əməyi, fədakarlığı və həmrəy ruhuna görə minnətdarlığını ifadə edən qurum rəhbəri vurğulayıb ki, təcrübə göstərir ki, gündəlik əməliyyatlarda dayanıqlı proseslərdən maksimum istifadə hasilat nəticələrini yüksəldir. “Balakhani Operating Company LTD” bundan sonra da hasilat əməliyyatlarını ekoloji mühafizə ilə tarazlı şəkildə apararaq fəaliyyətini səmərəli və məsuliyyətli şəkildə qurmaqda davam edəcək.