Son Xəbərlər
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax

Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri

17 yan 2023, 16:31
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri

Təsərrüfatlarda ciddi məhsul itkisinə səbəb olan zərərverici aşağıdakı 
morfo-bioloji əlamət və xüsusiyyətlərə malikdir.
 
Morfologiyası:
 
Mərmər bağacığı qəhvəyi rəngdədir. Önkürəkcik, qalxan və baş hissələrində açıq və tünd rəngli ləkələrin növbələşməsi vizual mərmər şəklini yaradır ki,  bu da bağacığın adının belə formalaşmasına səbəb olub.
 
Biologiyası: 
 
Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verirlər. Beləliklə, bir evdə bir neçə min bağacıq yığıla bilər. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk etdikdən və 1–2 həftə müddətində qidalandıqdan sonra, dişi fərdlər yumurta qoyurlar. Yumurtaları 1,3 – 1,6 mm ölçüdə olub, yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar. 2 həftədən sonra yumurtalardan sürfələr çıxır və 5 yaş mərhələsi keçirirlər. Sürfələrin ölçüləri I yaşda 2,4 mm, II yaşda 3,7 mm, III yaşda 5,5 mm, IV yaşda 8,5 mm, V yaşda 12 mm-ə yaxın olur.
 
Yetkin fərd:
 
Tipik qalxanlılara aid bağacıqdır. Bədənin uzunluğu 12-17 mm-dir. Bədəni azacıq qabarıq, oval formalı qalxana bənzəyir. Bədənin yuxarı hissəsi qəhvəyi çalarlı, aşağı hissəsi isə bəzən boz və ya qara ləkəli ağımtıl və ya solğun-qəhvəyi rəngdə olur. Qəhvəyi mərmər bağacığı digər oxşar növ bağacıqlarda (Brochymena, Euschistus) rast gəlinməyən ağımtıl rəngli halqaların olması ilə fərqlənir. Ayaqları da bığcıqlarda olduğu kimi açıq rəngli, zolaqlı halqalarla haşiyələnmiş rəngdədir. Bığcıqları 5 buğumludur.
 
Yayılma yolları:
 
Əsasən əkin materialları, meyvələr və digər bitki məhsulları ilə, daha uzaq məsafələrə yük daşımaları zamanı  nəqliyyat vasitələri ilə yayılır.
 
Zərər vurduğu bitkilər:
 
Meyvə, giləmeyvə, bostan və tərəvəz bitkilərinə, üzüm, dekorativ bitkilər, lobya, soya, qarğıdalı, dənli bitkilərə, texniki və qərzəkli bitkilərə, ümumiyyətlə 100-dən artıq bitki növünə zərər vura bilir.
 
Mübarizə tədbirləri:
 
Bağacığa qarşı mübarizədə əsasən kimyəvi üsuldan istifadə edilir. Meyvə bitkilərinin dərmanlanmasını erkən yazda zərərvericilərin zəif immunitetə malik olduqları vaxtda yerinə yetirmək lazımdır. Mərmər bağacığına qarşı kimyəvi mübarizədə lyambda-siqalothrin, Bifenthrin,  İmidokloprid və Tiakloprid tərkibli insektisidlərdən istifadə olunur.