Son Xəbərlər
Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İsveçrəyə planlaşdırılan səfərinin
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş
ABŞ və İran arasında iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində keçirilməli
Elmi tədqiqatlar göstərir ki, supermarket rəflərində geniş yer tutan ultra
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay əmiri Şeyx Məhəmməd
Meksika millisi FIFA Dünya Çempionatının A qrupunda növbəti qələbəsini
“İsrail İranı Liviyaya çevirmək istəyir”. Liderxeber.az xəbər verir ki, bunu
İyunun 19-da İsveçrədə İran və ABŞ arasında birbaşa danışıqların ilk raundu
2026/2027 mövsümünə hazırlığı davam etdirən “Qarabağ” iyunun 20-də yoldaşlıq

Azərbaycanlı alim riyazi tənliyi həll etdiyinə görə beynəlxalq mükafatlara namizəd göstərilə bilər

04 mar 2025, 14:49
Azərbaycanlı alim riyazi tənliyi həll etdiyinə görə beynəlxalq mükafatlara namizəd göstərilə bilər

Azərbaycanlı professor Kamal Sultanovu uzun illərdir həlli tapılmayan "Navye-Stoks bərabərliyi" tənliyini çözdüyünə görə riyaziyyat üzrə beynəlxalq mükafatlara namizəd göstərilə bilər.

Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev "Navye-Stoks bərabərliyi" tənliyi barədə təqdimatda deyib.

Onun sözlərinə görə, 1945-ci ildən sonra Azərbaycan alimləri Moskva və digər şəhərlərlə əlaqəli olublar, riyazi bilikləri ölkəyə gətiriblər:

"Bununla da addım-addım Azərbaycan riyazi məktəbi yaranıb. Misir Mərdanov nazir olanda riyaziyyat elminə yeni nəslin gəlməsində narahatlıqları var idi. Yeni gələn riyaziyyatçılar əvvəlki effekti verirmi? Mən müşahidə etmirəm. Yəqin bunun da bir həlli olacaq. Fundamental elmlər vəsait tələb edir ki, mütəxəssislər yetişdirəsən. Ona görə də alimlərimizə əlimizdən gələn dəstəyi göstərməli olduğumuzu düşünürəm".