Son Xəbərlər
Moskvaya son 2 ilin ən böyük dron hücumu olub. Liderxeber.az xəbər verir ki,
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verib.
Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra
“İran memorandum üzrə sözlərinə yox, əməllərinə görə qiymətləndiriləcək”.
Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma
“Azərbaycan Hava Yolları” (AZAL) 2026-cı ilin 1-16 iyun tarixlərində
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.

“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”

18 iyn 2026, 09:07
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”

Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra Mehdiyevanı itirən tanınmış hüquqşünas Fərhad Mehdiyev övladı ilə bağlı yeni paylaşım edib.

Liderxeber.az-ın məlumatına görə, Fərhad Mehdiyev paylaşımında son iki ildə qızının tərbiyəsinə qarışmadığını qeyd edib.

“Valideynlərə, xüsusilə atalara tövsiyələrim var, bunları nəzərə alın ki, həyat sizi yandırmasın.

Son 2 ildir ki, mən qızımın tərbiyəsinə ciddi qarışmırdım, reklam çəkib pul qazanırdı, hətta mənə “ata, bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.

Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə “pis ata”, lap “abyuser” desinlər; səbrlə uşaqlarınızı 23-25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.

Siz “öz həyatım var, işlərim çoxdur” deyə onlara nəzarət etməsəniz, bir gün peşmanlığınız və ağrılarınıza, mənəvi əzablarınıza nəzarət edə bilməyəcəksiniz.

Uşağın hər ürəyi istədiyini, istədiyi həyatı deyil, sizin onun üçün seçdiyi həyatı verin. Sevgi, qayğı və nəzarətdən ibarət bir tərbiyə vermək hər bir valideynin funksiya və borcudur.

Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə, əslində, heç bir qazancı, təsəllisi yoxdur”, - o yazıb.