Son Xəbərlər
“2025-ci ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 1,4 faiz artıb və
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi
Şimali Amerikada keçirilən Dünya Çempionatı oyunları fonunda səhiyyə qurumları
Türk Hava Yollarına (THY) məxsus İstanbul-Antalya reysini həyata keçirən
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.

İlham Əliyev Vladimir Putini təbrik etdi

12 iyn 2026, 11:09
İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Liderxeber.az həmin məktubun mətnini təqdim edir:

"Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.

Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".