Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

BTQ dəmir yolunun rəsmi açılışı olacaq

28 may 2026, 10:08
BTQ dəmir yolunun rəsmi açılışı olacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək.

Liderxeber.az xəbər verir ki, mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək.

Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

ADY tərəfindən 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.