
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayacaq.
Liderxeber.az xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Pakistan yığması ilə üz-üzə gələcək. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma iyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək və saat 17:30-da start götürəcək.