Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

Bu ölkədə ibtidai məktəblərdə telefon istifadəsi qadağan edildi

03 iyn 2026, 09:07
Bu ölkədə ibtidai məktəblərdə telefon istifadəsi qadağan edildi

Polşa hökuməti ibtidai məktəblərdə mobil telefon və digər elektron cihazların istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında qəbul edilən qanun layihəsi ibtidai sinif şagirdlərinin məktəb binalarında, eləcə də, məktəbdənkənar təhsil fəaliyyətləri zamanı mobil telefonlardan və səs-görüntü yazma imkanı olan digər elektron cihazlardan istifadəsini qadağan edir.

Yeni qaydalar ölkənin səkkizillik ibtidai təhsil sistemində təhsil alan 1-8-ci sinif şagirdlərini əhatə edəcək və həm dövlət, həm də özəl məktəblərdə tətbiq olunacaq. Müəllimin icazəsi ilə tədris məqsədilə istifadə, sağlamlıq və ya əlilliklə bağlı xüsusi hallar, həmçinin fövqəladə vəziyyətlər istisna təşkil edəcək.

Qanun layihəsinə əsasən, orta məktəblərə elektron cihazların istifadəsini tam qadağan etmək və ya bu sahədə öz daxili qaydalarını müəyyənləşdirmək səlahiyyəti veriləcək.

Bundan əlavə, məktəblər şagirdlərin dərs zamanı telefonlarını təhvil verə biləcəkləri xüsusi saxlama yerləri yaratmaq hüququ əldə edəcəklər. Şagirdlərdən cihazlarını həmin məkanlarda saxlamaq tələb oluna bilər, lakin telefonların məzmununun yoxlanılması qadağan ediləcək.

Qanunun sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Məktəblər isə oktyabrın 31-dək daxili nizamnamələrini yeni qaydalara uyğunlaşdırmalıdırlar.

Hökumətin təsdiqindən sonra sənəd baxılması üçün Polşa parlamentinin aşağı palatası olan Seymə təqdim ediləcək.

Polşa hökuməti, eyni zamanda, uşaqların onlayn pornoqrafik məzmuna çıxışının qarşısını almağa yönəlmiş yeni qanun layihəsini də təsdiqləyib. Sənədə əsasən, rəqəmsal xidmət təminatçıları istifadəçilərin yaşını yoxlamaq üçün daha effektiv mexanizmlər tətbiq etməli olacaqlar.

Bildirilir ki, yeni məhdudiyyətlər şagirdlərin diqqətinin artırılması, psixoloji rifahın dəstəklənməsi və həmyaşıdları ilə ünsiyyətin gücləndirilməsi məqsədi daşıyır.