Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

Azərbaycan yığmasının heyəti açıqlanıb

04 sen 2023, 10:56
Azərbaycan yığmasının heyəti açıqlanıb

Avro-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

LiderXəbər AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi milliyə 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da gerçəkləşəcək.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Səlahət Ağayev ("Səbail"), Yusif İmanov ("Sabah")

Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Anton Krivotsyuk ("Daejon Hana" Cənubi Koreya), Bəhlul Mustafazadə ("Qarabağ"), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor" Türkiyə), Höccət Haqqverdi ("Neftçi"), Elvin Bədəlov ("Sumqayıt") Yusif Nəbiyev ("Səbail"), Elvin Cəfərquliyev ("Qarabağ")

Yarımmüdafiəçilər: Coşqun Diniyev (Umraniyespor, Türkiyə), Elvin Camalov ("Sabah"), Emil Səfərov ("Qəbələ"), Emin Mahmudov ("Neftçi), Filip Ozobiç ("Neftçi), Rüstəm Əhmədzadə, ("Zirə"), Ozan Can Kökçü "Eyndhoven", Niderland)

Hücumçular: Mahir Emreli ("Dinamo" Xorvatiya), Ramil Şeydayev ("Buriram Yunauyed", Tailand), Renat Dadaşov ("Qrasshopper", İsveçrə), Musa Qurbanlı ("Yurqorden, İsveç)