Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İran Silahlı Qüvvələri İsrailə endirdiyi zərbələr zamanı “Xeybərşəkan” adlı

“Azərbaycanın aviasiya bazarı daha yetkindir”

08 iyn 2026, 10:06
“Azərbaycanın aviasiya bazarı daha yetkindir”

Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha yetkindir.

Liderxeber.az xəbər verir ki, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələrində bu gün aviasiya sektorunun sürətli böyüməsi nümayiş olunur.

“Region olduqca maraqlı bir keysdir. Azərbaycan artıq uzun müddətdir inkişaf edir və Mərkəzi Asiya dövlətləri ilə müqayisədə daha yetkin bazardır, çünki bu yola daha tez başlayıb. Mərkəzi Asiyadan danışırıqsa, Qazaxıstan uzun müddət regionun lideri olub, digər ölkələrdən daha sürətlə inkişaf edib və böyük işlər görüb. Onun üçün əsas çağırışlardan biri uçuşların təhlükəsizliyi idi, lakin zaman keçdikcə ölkə sözdə “qara siyahı”lardan çıxmağı bacardı. Bu, aviasiya sahəsinin inkişafında mühüm rol oynadı və yerli aviaşirkətlərin böyüməsinə təkan verdi", - R. Şvartsman qeyd edib.

O, həmçinin xatırladıb ki, Özbəkistanın aviasiya bazarı təxminən on il əvvəl aktiv şəkildə açılmağa başlayıb.

“Qazaxıstan, Özbəkistan və Azərbaycana nəzər salsaq, onları maraqlı bir amil birləşdirir: geosiyasi böhran müəyyən dərəcədə hava axınının (trafikin) artmasına və regionun potensialının üzə çıxmasına şərait yaradıb. Azərbaycan hələ ilkin mərhələlərdə beynəlxalq logistik və humanitar əməliyyatlarda fəal iştirak edib ki, bu da irihəcmli yük terminallarının və yük aviasiyasının inkişafına imkan yaradıb.

Bu gün Qazaxıstan və Özbəkistan bir qədər fərqli, lakin bir çox cəhətdən oxşar vəziyyətdədirlər. Müəyyən hava məkanlarından istifadəyə qoyulan məhdudiyyətlər həm yük, həm də sərnişin daşımalarının inkişafı üçün yeni imkanlar yaradır. İndi bu ölkələrdə belə imkanların tapılması və reallaşdırılması üçün ən doğru zamandır”, - IATA-nın vitse-prezidenti vurğulayıb.