Son Xəbərlər
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) sağlamlıq turizminin inkişafını
Bakıda və Abşeron yarımadasında dekabrın 19-da arabir yağıntılı olacağı
Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır,
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi bu gün saat
Yeni ilin ilk saatları sevdiklərimizlə daha çox vaxt keçirdiyimiz, xoşbəxt
Bakının Binəqədi, Yasamal, Səbail, Xətai, Sabunçu və Suraxanı rayonlarının 15
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55
Azərbaycanda fəaliyyət göstərən həkimlərin 60-70 %-i məhz paytaxtda cəmləşib.
banner

Dəmrovotu - dəri problemlərinə son

25 mar 2024, 16:09
Dəmrovotu - dəri problemlərinə son

Dəmrovotu qədim vaxtlardan müxtəlif dəri xəstəliklərin, yaraların, yanıqların müalicəsində istifadə olunurdu.

Bundan əlavə dəmrovotu ta qədimdən sarılıq, qara ciyər xəstəlikləri və qəbizlik zamanı da istifadə olunurdu.

Qədimdə insanlar inanırdı ki, bu ot sehrli xüsusiyyətlərinə malikdir - insanı qara qüvvələrin təsirindən qoruyur, həbsxanaya düşən insanı oradan azad etməyə kömək edir, uğur gətirir və s.

Həmçinin qədimdə bu otdan güclü zəhər hazırlayırdılar.

Bu bitki həqiqətən zəhərlidir. Dəmrovotunun tərkibində "alkaloid" adlandırılan maddələr var. Bu maddələr insanın sinir sisteminin fəaliyyətini tormozlayır, arterial təzyiqi salır, həzm sistemində qıcıqlanma və iltihab yaradır. Dəmrovotunun həddən artıq qəbulu güclü zəhərlənməyə səbəb ola bilər. Bu zaman insanda qusma, ishal, başgicəllənməsi, bayılma, hətta hallyusinasiyalar mümkündür. Bu səbəbdən daxilə bu bitkini yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar.

Dəmrovotu yarasağaldan, iltihabəleyhinə, ağrısızlaşdıran, sidik- və ödqovucu təsir edir, bakteriyaları öldürür.

Dəmrovotu qara ciyər və öd xəstəlikləri, mədə-bağırsaq sistemi, böyrək xəstəlikləri zamanı istifadə olunur. Müalicə üçün dəmrovotunun dəmləməsi istəfadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul olunur.

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində dəmrovotu çobanyastığı və dazı otu ilə qarışdırdıqda effekt daha da yaxşı olur. Qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.

Belə hesab olunur ki, bu ot xərçəng xəstəlikləri zamanı da müalicəvi effekt verir.

Dəmrovotu müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema, dəmrov), yaralar, yanıqlar, ziyillər və s. zamanı müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Bunun üçün 2 xörək qaşığı dəmrovotu 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və islatmalar şəklində istifadə olunur. Təmiz tənzif dəmləmədə isladılır və zədələnmiş dəriyə qoyulur. İslatmaları tez-tez etmək lazımdır.

Dəmrovotu dəmləməsi ilə vannalar ayaqlarda göbələk infeksiyası zamanı da istifadə olunur.

Dəmrovotunun şirəsi də çox effektli vasitədir. Şirəni hazırlamaq üçün dəmrovotunun gülləri, yarpaqları və qövdələri ətçəkən maşınından keçirilir və tənzifdən sıxılır. Hazır şirədə tənzif isladıb çətin sağalan yaralara, yanıqlara qoymaq, psoriaz, ekzema, dəmrov zamanı istifadə etmək olar. Bu şirə həmçinin ziyilləri, çibanları də çox yaxşı aparır.

Dəmrovotu şirəsi həmçinin sızanaqlar və dodaqlarda herpes zamanı da çox yaxşı kömək edir.

Boğaz və ağız boşluğu iltihabları zamanı bu şirə ilə qarqaralar iltihabı azaldır.

Dəmrovotundan müalicəvi yağ hazırlamaq olar. Bu yağ da dəri xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir. Qurudulmuş dəmrovotunu həvəngdəstədə yaxşı əzin, üzərinə isindirilmiş ərik və ya şaftalı yağı tökün (bu yağlar olmadığı halda zeytun yağından istifadə etmək olar) və 7 gün ərzində sərin qaranlıq yerdə saxlayın (soyuducuda yox). Yağı vaxtaşırı olaraq qarışdırın. Daha sonra yağı yaxşı süzün və yanıqlar və dəri xəstəlikləri zamanı istifadə edin.