Son Xəbərlər
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini

İranın cavabı gecikmədi

06 iyn 2026, 11:56
İranın cavabı gecikmədi

İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın ünvanına səsləndirdiyi ittihamları cavablandırıb.

Liderxeber.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Cənab Aunun şərhlərindən belə düşünmək olar ki, sanki Livan ərazisinin 1/5-ni işğal edən, livanlıların 1/4-ni didərgin salan və hər gün bu ölkəni bombalayan İrandır”, - Əraqçi bildirib.

Onun sözlərinə görə, əgər Tehran Livandan alət kimi istifadə etsəydi, çoxdan sövdələşmə əldə edilmişdi.

“Livanı əsl düşməninizin əlindən xilas edin, cənab Prezident”, - iranlı nazir əlavə edib.

Xatırladaq ki, Livan Prezidenti Cozef Aun CNN-ə müsahibəsində İranın ünvanına kəskin tənqidlər səsləndirərək, rəsmi Tehranı ABŞ ilə aparılan danışıqlarda Livandan bir alət və “sövdələşmə vasitəsi” kimi istifadə etməkdə günahlandırıb.