Son Xəbərlər
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Yevlax
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. Liderxeber.az
Birinci Vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol millisini
Müasir dövrdə təşkilatların uğuru yalnız maliyyə resursları və ya texnoloji
Bir qrup su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib. Liderxeber.az

Bakıda bu ərazilərdə söküntü planlaşdırılır

06 iyn 2026, 10:27
Bakıda bu ərazilərdə söküntü planlaşdırılır

Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.

Liderxeber.az xəbər verir ki, proses Bakı Şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir.

Hazırda hansı razilərdə söküntü işlərinin aparılması planlaşdırılır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir: “Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.

Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də “Təzəpir” məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.

Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış Parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.

Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların “Semaşko” kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".

AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəmin 2700 manata qədər yüksəlib: “Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı.

Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər”.