Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Qızardılmış ət sevənlər oxusun

25 iyl 2026, 09:03
Qızardılmış ət sevənlər oxusun

Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların mütəmadi istehlakı sağlamlıq üçün potensial risk yarada bilər.

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, onkoloqların sözlərinə görə, manqal zamanı və ya yüksək temperaturda uzun müddət bişirilən ət məhsullarının səthində heterotsiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi zərərli kimyəvi birləşmələr yarana bilər. Bu maddələrin isə uzunmüddətli təsir zamanı orqanizmdə xərçəng riskini artıran amillərdən biri hesab olunur.

Həkimlər vurğulayırlar ki, bu tip qidaların təsadüfi və ölçülü şəkildə istehlakı əksər hallarda ciddi təhlükə yaratmır. Lakin yanmış və yüksək temperaturda hazırlanmış ət məhsullarının davamlı istifadəsi, eləcə də digər risk faktorları ilə birlikdə sağlamlığa mənfi təsirlərin ehtimalını artıra bilər.

Mütəxəssislər həmçinin qida hazırlanan mətbəx avadanlıqlarına diqqət yetirməyi, xüsusilə örtüyü zədələnmiş və istifadəyə yararsız hala düşmüş tavaların qida bişirilməsində istifadə edilməməsini tövsiyə edirlər.