Son Xəbərlər
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və
Çin Sədri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. Liderxeber.az xəbər
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri

Acqarına soyuq su içirsiniz? - Rusiyalı mütəxəssis təhlükədən danışdı

08 iyn 2026, 10:28
Acqarına soyuq su içirsiniz? - Rusiyalı mütəxəssis təhlükədən danışdı

"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə bilər".

Liderxeber.az xəbər verir ki, bunu terapevt Anna Furqal TASS agentliyinə mədə-bağırsaq traktına mənfi təsir göstərən geniş yayılmış səhər vərdişindən danışarkən bildirib.

Furqal ilk qida qəbulundan əvvəl soyuq su içməyi həzm sistemi üçün zərərli vərdiş adlandırıb. Onun sözlərinə görə, bu, mədə spazmına səbəb ola bilər.

"Soyuq su, xüsusən də buzlu su hələ tam oyanmamış mədəyə daxil olduqda spazma yol aça bilər. Orqanizm mayeni qızdırmaq üçün əlavə resurslar sərf etməli olur ki, bu da potensial olaraq həzm prosesini poza bilər", - deyə həkim izah edib.

O əlavə edib ki, səhərlər müntəzəm olaraq soyuq su içmək diş minasının vəziyyətinə də mənfi təsir göstərə bilər.

Həkimin sözlərinə görə, yuxudan oyandıqdan sonra otaq temperaturunda olan və ya 40 dərəcəyədək qızdırılmış su içmək daha faydalıdır. Bundan əlavə, tünd olmayan yaşıl və ya qara çay, bitki çayları, eləcə də quru meyvələrdən hazırlanmış kompot sağlamlıq üçün yararlı hesab olunur.