Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

Azərbaycanda işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz artırılır

24 may 2024, 15:31
Azərbaycanda işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz artırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirlərinin tərkib hissəsi olan işsizlikdən sığorta haqları üzrə daxilolmalara dair proqnoz 4,7 milyon manat artırılır.

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində əksini tapıb. Sənədə əsasən, işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz 2,8 % artırılaraq 180 milyon manatdan 185 milyon manata çatdırılır. Artım Fondun 2023-cü ilin sonuna istifadə olunmamış vəsaitinin eyni məbləğdə və yaxud 8,1 % azaldılaraq 57,95 milyon manatdan 53,25 milyon manata endirilməsi hesabına baş tutacaq. Eyni zamanda Fondun gəlirlərinin qeyri-büdcə sektoru üzrə hissəsi üzrə proqnoz eyni məbləğdə və yaxud 3,5 % artırılaraq 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılır.