Son Xəbərlər
Güclü yağış Altıağac yolunu yararsız hala salıb. Liderxeber.az xəbər verir ki,
“Azərbaycanda 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının
İran İsrailin iki hərbi bazasına zərbələr endirib. Liderxeber.az “Al Alam”
"Acqarına soyuq su içmək həzm prosesini poza və mədəyə zərər verə
Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiya ölkələri ilə müqayisədə daha
Filippinin Mindanao adasının sahillərində 7,8 maqnitudalı zəlzələ baş verib.
ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahunu növbəti
Bakteriyalar, viruslar, parazitlər və toksik kimyəvi maddələrlə çirklənmiş
İngiltərə futbolu hazırda Premyer Liqanın gətirdiyi yüksək temp, fiziki güc və

ABŞ İsrailin "Hizbullah" obyektinə zərbə endirməsinə razılıq verib?

08 iyn 2026, 11:10
ABŞ İsrailin "Hizbullah" obyektinə zərbə endirməsinə razılıq verib?

Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının Beyrutun ətrafında yerləşən hədəfinə zərbə endirilməsinə icazə verməyib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

"Ağ Ev İsrailin Beyruta zərbə endirməsinə "yaşıl işıq" yandırmayıb", - deyə jurnalistin paylaşımında qeyd edilib.

Qeyd edək ki, iyunun 7-si axşam saatlarında İsrailin şimal bölgələri İran tərəfindən raket hücumuna məruz qalıb. İsrail ordusunun yaydığı bəyanatda bütün raketlərin zərərsizləşdirildiyi bildirilib. Bu hadisə, bundan əvvəl İsrailin Beyrut ətrafındakı "Hizbullah" obyektinə zərbə endirməsindən sonra baş verib. İsrail tərəfinin açıqlamasına əsasən, bu hücum "Hizbullah"ın yəhudi dövlətinin şimal rayonlarını atəşə tutmasına cavab olaraq həyata keçirilib.