Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bakıda TDT-nin Gömrük Xidməti Rəhbərlərinin İclasında sənədlər imzalanıb

16 yan 2025, 13:33
Bakıda TDT-nin Gömrük Xidməti Rəhbərlərinin İclasında sənədlər imzalanıb

Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclasında bir sıra sənədlər imzalanıb.

Liderxeber.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.

Sənədləri Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubançibek Omuraliyev, Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin sədr müavini Kairat Cumaqulov, Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov, Türkiyə ticarət nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak, Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov imzalayıblar.