Son Xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi
Şimali Amerikada keçirilən Dünya Çempionatı oyunları fonunda səhiyyə qurumları
Türk Hava Yollarına (THY) məxsus İstanbul-Antalya reysini həyata keçirən
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
İyunun 16-dan Bakı metropoliteninin hərəkət cədvəli dəyişdirilir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma başlanıldı

12 iyn 2026, 10:50
Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib? - Araşdırma başlanıldı

Zərdab Rayon Mərkəzi Xəstəxanasında saxta xəstə göndərişləri vasitəsilə tibbi sığorta vəsaitlərinin mənimsənildiyi və işə götürülmə ilə bağlı qanun pozuntularına yol verildiyi iddia olunur.

Liderxeber.az-a daxil olan müraciətdə bu və digər məsələlərlə bağlı ciddi ittihamlar səsləndirilib.

Müraciət müəllifi xəstəxanada icbari tibbi sığorta üzrə ayrılan vəsaitlərin mənimsənilməsi, işə qəbul zamanı qanunvericiliyin tələblərinə əməl olunmaması və idarəetmədə problemlərin yaşanması ilə bağlı ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, xəstəxanadan digər tibb müəssisələrinə köçürülmə üçün 240-dan çox saxta göndəriş verilib.

Müraciətdə bildirilir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və sözügedən göndərişlər üzrə bəzi faktlar müəyyən edilib. Lakin sonradan araşdırmanın nəticəsiz qaldığı və işin ört-basdır edildiyini iddia olunur.

Şikayətdə həmçinin xəstəxanada işə qəbul prosesinin şəffaf olmadığı, bəzi şəxslərin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada işə götürüldüyü bildirilir.

Müraciət müəllifinin sözlərinə görə, hazırda xəstəxanada direktor vəzifəsi vakantdır və müəssisəyə rəhbərlik edən şəxs tərəfindən kadr siyasəti şəxsi maraqlar əsasında həyata keçirilir.

Şikayətdə xəstəxananın ümumi fəaliyyətinin də qənaətbəxş olmadığı, son dövrlər vəziyyətin daha da pisləşdiyi qeyd olunur.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Liderxeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2023-2024-cü illərdə göndərişlərin verilməsi ilə bağlı məsələ Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb, hazırda istintaq davam etdirilir:

"Əlavə olaraq, hər iki hal üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq".