Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Gəncədə tikinti konstruksiyası aşdı: Xəsarət alanlar var

21 avq 2025, 16:23
Gəncədə tikinti konstruksiyası aşdı: Xəsarət alanlar var

Aqustun 21-də saat 14:20-də biri azyaşlı olmaqla iki nəfər (bir qadın, bir kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, müxtəlif növ yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:

"Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

Gəncədə tikinti-bərpa işləri aparılan ərazidə quraşdırılan dəmir konstruksiyanın aşması nəticəsində bir nəfər xəsarət alıb.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində tikinti gedən ərazidə dəmir konstruksiya aşıb və ərazidən keçən bir nəfərin qoluna dəmir boru dəyib.

Hadisə nəticəsində sözügedən şəxsin qolu əzilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.