Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

"Neftçi" "Dinamo" ilə cavab matçında dəstəksiz qalacaq

28 iyl 2026, 07:49
"Neftçi" "Dinamo" ilə cavab matçında dəstəksiz qalacaq

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubuna qarşı Bolqarıstanda keçiriləcək cavab oyunu üçün səfər proqramı müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, "Ağ-qaralar"ın mətbuat xidmətindən verilən məlumata görə, komanda iyulun 29-da, səhər saatlarında Bolqarıstana yola düşəcək.

Həmin gün baş məşqçi Yuri Vernidubun iştirakı ilə saat 19:30-da mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə komandanın media üçün açıq məşqi baş tutacaq.

"Dinamo" (Minsk) – "Neftçi" görüşü ertəsi gün keçiriləcək. Qarşılaşma Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Belarus təmsilçisi Bakıdakı ilk oyunda 4:2 hesablı qələbə qazanıb.

Kluba azərbaycanlı azarkeşlərin komandaya dəstək məqsədilə oyunda iştirakı ilə bağlı hər hansı müraciət daxil olmayıb.