Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Dövlət satınalmaları portalında “Kağızsız Hökumət”ə keçid istiqamətində yeni addım atıldı

22 yan 2025, 16:08
Dövlət satınalmaları portalında “Kağızsız Hökumət”ə keçid istiqamətində yeni addım atıldı

Dövlət satınalmalarında iştirak edən təchizatçılar satınalan təşkilatlara məhkumluq barədə arayışı “etender.gov.az” portalı vasitəsilə təqdim edə biləcəklər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərəfindən bu istiqamətdə həyata keçirilən inteqrasiya prosesi Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə əməkdaşlıq nəticəsində təmin edilib. Belə ki, prosesinin rəqəmsallaşması zamanı müvafiq altsistemlərə inteqrasiya və zəruri məlumatların ötürülməsi İRİA-nın “digital.bridge” sistemi üzərindən həyata keçirilib. İnteqrasiyalar nəticəsində sistem üzərindən tələb olunan 6 adda sənədin 5-nin rəqəmsal formada təqdim olunmasına nail olunub.  

 Qeyd edək ki, Milli Məlumat Mübadiləsi Sistemi (“digital.bridge”) dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin təşkilini və səmərəliliyini artırmaq, eləcə də əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə fəaliyyət göstərir.

İnteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edən təchizatçılar uyğunluq göstəriciləri ilə bağlı müvafiq məlumatlarla yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında məlumatı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğu etməklə əldə edə bilərlər. Bu funksiyanın tətbiqi təqdim edilən arayışların saxta olub-olmaması ilə bağlı riskləri tam aradan qaldırmaqla yanaşı, əlavə vaxt itkisinin yaranmasının da qarşısını alır. Eləcə də sistemdə müraciət zamanı kağız daşıyıcıda olan sənədlərin minimuma endirilməsini təmin edərək “Kağızsız hökumət”ə və yaşıl siyasətə öz töhfəsini verir.