Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

Kinematoqrafçılar İttifaqının növbədənkənar iclası çağırıldı

28 iyl 2026, 08:38
Kinematoqrafçılar İttifaqının növbədənkənar iclası çağırıldı

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin növbədənkənar iclasının keçiriləcəyini elan ediblər.

Bununla bağlı yayılan məlumatda bildirilir ki, iclas Azərbaycan Kinematoqrafçılar İttifaqının düşdüyü böhran vəziyyətinin müzakirəsi və Konfransın keçirilmə tarixinin müəyyənləşdirilməsi məqsədilə çağırılıb.

Məlumata görə, İdarə Heyətinin iclası iyulun 30-da saat 15:00-da Azərbaycan Kinematoqrafçılar İttifaqının binasında keçiriləcək.

İclasın çağırılması barədə müraciət AKİ-nin katibləri Həmidə Ömərova, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Tahir Tahiroviç, Nadir Bədəlov və Türkan Hüseyn tərəfindən imzalanıb.

İclasda təşkilatın mövcud vəziyyəti, böhrandan çıxış yolları və növbəti Konfransın keçirilmə tarixi ilə bağlı qərarların qəbul olunması gözlənilir.