Son Xəbərlər
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək
Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rumıniyaya 461 min 317,3 ton xam
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. Liderxeber.az “Unikal”a
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya
Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli
Günəş vurması isti havada qısa gəzinti zamanı belə hər kəsin başına gələ
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

27 iyl 2026, 14:45
Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron imzadan istifadə edərkən təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan elektron imzanın başqasına verilməsi həmin şəxslərə aid məlumatların üçüncü tərəflərin əlinə keçməsi riskini yaradır.

Liderxeber.az xəbər verir ki, gücləndirilmiş elektron imzalar əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğundan onun mühasib və ya digər şəxsə nəzarətsiz şəkildə ötürülməsi qurum rəhbərinin rəqəmsal kimliyinin sui-istifadəsinə yol aça bilər.

Ümumi olaraq, elektron imza daşıyıcılarının və PİN kodunun başqasına həvalə edilməsi aşağıdakı riskləri və məlumatların ələ keçirilməsi təhlükəsini formalaşdırır:

- Adınıza şirkət açılması və qanunsuz pul köçürmələri

- Vergi borcunun yaranması

- Mülkiyyətinizdə olan ev, avtomobil kimi əmlak məlumatları (ünvanlar, qeydiyyatda olan şəxslər, alındığı tarix və s.)

- Laborotoriya analiz nəticələriniz

- Əməkhaqqı məbləğiniz, pensiya kapitalınız

- Verdiyiniz etibarnamələr

- Adınıza kredit götürülməsi

- Cəlb olunduğunuz məhkəmə işləri

- Sərhədkeçmə məlumatlarınız (tarixlər üzrə getdiyiniz ölkələr)

- Hərbi mükəlləfiyyətiniz, cərimələriniz və s.

Yuxarıda qeyd olunan risklərin qarşısını SİMA yeni nəsil rəqəmsal imza sayəsində almaq mümkündür. Belə ki, burada rəhbər şəxs tam elektron qaydada (kabinet.sima.az) şirkətin istənilən əməkdaşına öz elektron imzasını ötürmədən imza səlahiyyəti verə bilir. Səlahiyyət ötürülən şəxs isə sistemə öz rəqəmsal imzası ilə daxil olduğu üçün rəhbərə aid heç bir şəxsi məlumata baxa bilmir, yalnız daxil olduğu sistem üzrə əməliyyatları icra edə bilir. Əlavə olaraq, hansı əməliyyatın hansı işçi tərəfindən nə vaxt icra edildiyi sistem üzərindən izləmək mümkün olur. Bununla da şəxsi məlumatların kənar şəxslərin əlinə keçməsinin qarşısı alınır.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir.

Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.