Son Xəbərlər
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun
Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibləri İdarə Heyətinin
"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində
İnsult təkcə beyində deyil, bədənin digər hissələrində baş verə bilər.
Respublikada taxıl biçini yekun mərhələyə keçib. Liderxeber.az xəbər verir ki,
Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin

“Bu sözləri deyəndə ehtiyatlı olun!”

19 sen 2025, 13:01
“Bu sözləri deyəndə ehtiyatlı olun!”

Milli Məclisdə deputat Fazil Mustafa ilə vitse-spiker Ziyafət Əsgərov arasında mübahisə yaşanıb.

Liderxeber.az-ın məlumatına görə, buna səbəb deputat Fazil Mustafanın fikirləri olub.

F.Mustafa bildirib ki, Naxçıvanla Azərbaycanın quru sərhədinin açıldığı gün “bütöv Azərbaycan” termininin canlanacağı gün olacaq:

“Naxçıvan bir ada olsaydı, su ilə əlaqə olsaydı, onda ayrılmaz hissə kimi qalırdı. Lakin dövlət suverenliyini bərpa etsək də, quru əlaqənin olmaması səbəbindən Azərbaycanı real məzmunda bütövləşdirmək prosesini yekunlaşdırmamışıq. Bu baxımdan çalışmalıyıq ki, bundan sonrakı dövrdə siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək. Məsələn, xalq suverenliyi siyasi terminologiyadır, bir az demoqoji mahiyyət daşıyır. Amma milli suverenlik, dövlət suverenliyi hüquqi terminologiyadır. Prezidentin bizə yaratdığı imkanı bu istiqamətə yönəltsək, gələcək Konstitusiyanın da təməl əsaslarının saxlanılması ilə bəzi yeni reallıqlara uyğun bu dəyişiklikləri etməyi nəzərdə tuta bilərik”.

Vitse-spiker Ziyafət Əsgərov isə Fazil Mustafanın fikri ilə razılaşmayıb. O bildirib ki, dövlət başqa anlayışdır, xalq isə başqa anlayışdır:

“Azərbaycanda hakimiyyəti xalq formalaşdırdığı üçün xalqın suverenliyindən söhbət gedir. Sizin Konstitusiyaya dövlət suverenliyi əlavə edilməsi fikrinizlə razıyam, Naxçıvanla bağlı dediyiniz fikri qəbul etmirəm. Konstitusiyamızda bir anlayış var ki, Azərbaycan ərazisi bölünməzdir, bütövdür. Ora quru yolu var və ya yoxdur, bunu quru yolla əlaqələndiririksə, sizin bu fikrinizdən sonra başqaları da deyə bilər ki, quru yolu əlaqəsi yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil.

Bu sözləri deyəndə ehtiyatlı olun xahiş edirəm! Bizim ərazimiz bütövdür, vahiddir, Azərbaycan ərazisi bölünməzdir! Vaxtilə sovet hakimiyyəti illərində götürüb Azərbaycan ərazisi olan Zəngəzuru kəsib Ermənistana veriblər, amma hər halda bizim ərazimiz olub. Naxçıvana quru yol da açılacaq, Zəngəzur yolu da açılacaq. Amma ərazini quru yolla əlaqələndirib ərazi bütövlüyümüzü şübhə altına almaq düz alınmır”.