Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Topa başla vurmaq beyində dəyişiklik yaradır

27 iyl 2026, 11:14
Topa başla vurmaq beyində dəyişiklik yaradır

Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli olan tau zülalının səviyyəsini qısamüddətli də olsa yüksəldir.

Liderxeber.az xəbər verir ki, Amsterdam Universiteti Tibb Mərkəzinin alimləri 400-ə yaxın həvəskar futbolçu üzərində araşdırma aparıb. Oyunçulardan matçdan əvvəl və dərhal sonra qan analizləri götürülüb.

Məlum olub ki, oyun zamanı topa başla zərbə vuranların qanında kəllə-beyin travması göstəricisi olan S100B və Altsheymer xəstəliyinin əsas biomarkeri hesab edilən p-tau217 zülallarının səviyyəsi kəskin yüksəlir. Üstəlik, zərbələrin sayı və gücü artdıqca, bu zülalların qandakı miqdarı daha da çoxalıb. Xüsusilə topa iki və daha çox dəfə başla vuranlarda bu artım daha nəzərəçarpan olub.

Bununla belə, alimlər qan göstəricilərinin 1-2 gün sonra yenidən normaya qayıtdığını bildiriblər. Bu qısamüddətli dəyişikliklərin gələcəkdə ciddi beyin xəstəliklərinə səbəb olub-olmadığı hələlik tam sübut edilməyib.