Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 apr 2025, 09:53
Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

Müəyyən qida əlavələrinin müntəzəm istehlakı 2-ci tip şəkərli diabet riskinin artmasına səbəb ola bilər.

Liderxeber.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu qənaətə Parisin Sorbonna Universitetinin tədqiqatçıları gəliblər. Onlar 108 643 nəfərin məlumatlarını təhlil ediblər.

Tədqiqatın nəticələri nüfuzlu "PLOS Medicine" elmi jurnalında dərc olunub.

Səkkiz il ərzində iştirakçılar öz qidalanma vərdişləri, o cümlədən diyetik içkilər, desertlər, qəlyanaltılar və hazır yeməklər kimi ultra emal olunmuş qidalarda tez-tez rast gəlinən qida əlavələrindən istifadə barədə məlumat veriblər.

Aparılan təhlillər göstərib ki, müəyyən qida əlavələrindən tez-tez istifadə edən şəxslərdə şəkərli diabetin inkişaf riski 8-13% daha yüksək olub. Bu əlavələrə əsasən süni dadlandırıcılar (aspartam, sukraloza, asesulfam-K), eləcə də məhsulun dadını, görünüşünü və saxlanma müddətini yaxşılaşdırmaq üçün istifadə olunan konservantlar, rəngləndiricilər və emulqatorlar daxildir.

Məsələn, "Coca-Cola Zero" kimi şəkərsiz içkilər zərərsiz alternativ kimi təqdim edilsə də, onların tərkibində süni dadlandırıcılar olur. Tədqiqat bu maddələrin müntəzəm istifadəsi ilə maddələr mübadiləsinin pozulması arasında mümkün əlaqəni göstərir.

Alimlər vurğulayıblar ki, burada əsas məsələ ultra emal olunmuş qidaların tez-tez və uzun müddət ərzində qəbul edilməsinin kumulyativ təsiridir. Əldə edilən məlumatlar hələ birbaşa səbəb-nəticə əlaqəsini sübut etməsə də, qida əlavələrinin daimi istehlakı ilə bağlı narahatlıqları artırır.