Son Xəbərlər
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək

10 iyn 2026, 14:06
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 11-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

Liderxeber.az xəbər verir ki, Dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutacaq yarışda Gənclər və İdman Nazirliyi, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları güclərini sınayacaqlar.

İştirakçılar 1 və 2 nəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə ən güclüləri müəyyən edəcəklər.