Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Baytarlıq ETİ-nin əməkdaşlarının yubileyləri qeyd olunub

28 mar 2024, 12:40
Baytarlıq ETİ-nin əməkdaşlarının yubileyləri qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Baytarlıq klinikası və  heyvanların infeksion xəstəlikləri şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Azər Həsənovun 50 illik və Baytarlıq sanitariyası və yoluxmayan xəstəliklər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Bağırovun 70 illik yubileyləri qeyd olunub.

LiderXəbər xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin sədri Fuad Məmmədov və YAP Nizami rayon təşkilatının məsləhətçilərindən Tünzalə Əliyeva iştirak ediblər.

Tədbiri institutun direktoru Sialə Rüstəmova öz təbrik nitqi ilə  açıb və yubilyarları fəxri fərmanla təltif edib.

Yusif Bağırovun elmi fəaliyyəti barədə Virusalogiya və immunologiya şöbəsinin müdiri Kubra Yusifova, Azər Həsənovun elmi fəaliyyəti barədə institutun İnformasiya Təminatı və Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi Nahidə Rzayeva ətraflı  məlumat verərək onları ürəkdən təbrik ediblər. 

Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi İdarə Heyətinin sədri Fuad Məmmədov və YAP Nizami rayon təşkilatının məsləhətçisi Tünzalə Əliyeva yubliyarları təbrik edərək onlara xoş arzularını bildirib. 

Həmçinin institutun elmi işlər üzrə direktor müavini Səhman Bayramov da yubiley münasibətilə yubliyarları ürəkdən təbrik edərək, möhkəm can sağlığı və respublikamızda aqrar sahənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə institutun digər əməkdaşları da çıxış edərək yubiliyarları təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.