Son Xəbərlər
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna
Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun
Avropa sakinlərinin ABŞ-yə etimadı indiyə qədər olan ən aşağı səviyyəyə enib.
Filippinin Mindau adasının cənubunda baş verən 7,8 ballıq zəlzələ nəticəsində
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.

Xərçəngə qarşı dünyada bir ilk - Yeni peyvənd hazırlandı

11 iyn 2026, 08:54
Xərçəngə qarşı dünyada bir ilk - Yeni peyvənd hazırlandı

Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq çərçivəsində xərçəngə qarşı yeni nəsil mRNA peyvəndi hazırlanıb.

Liderxeber.az xəbər verir ki, tədqiqatın məqsədi genetik risk daşıyan şəxslərdə bağırsaq və yumurtalıq xərçənginin qarşısını almaqdır.

Bildirilib ki, COVID-19 peyvəndlərində də istifadə olunan mRNA texnologiyası bu dəfə xərçəngin profilaktikasına yönəldilib və ilk klinik sınaqlara bu yay başlanması planlaşdırılır.

Peyvənd, əsasən, irsi “Lynch syndrome” daşıyıcılarını hədəf alır. Bu genetik vəziyyət DNT-nin bərpasına cavabdeh genlərdəki pozğunluqlarla bağlıdır və bağırsaq, yumurtalıq, uşaqlıq və digər xərçəng növlərinin riskini ciddi şəkildə artırır.

Məlumata görə, bu sindromu daşıyan bir çox insan vəziyyətindən xəbərsizdir və risk qrupunda olanların sayı minlərlədir.

Alimlərin açıqlamasına görə, mRNA əsaslı peyvənd bədənə birbaşa virus vermir, əksinə, immun sisteminə “genetik təlimat” göndərərək, onu anormal hüceyrələri tanımağa və məhv etməyə yönləndirir.

Bu mexanizm sayəsində immun sisteminin xərçəngə çevrilə biləcək hüceyrə dəyişikliklərini erkən mərhələdə aşkar etməsi hədəflənir.

İlk mərhələdə peyvəndin təhlükəsizliyi və optimal dozası sınaqdan keçiriləcək. İkinci mərhələnin isə 2027-ci ildə genişləndirilməsi nəzərdə tutulur.

Bildirilir ki, uğurlu nəticələr əldə olunarsa, bu yanaşma gələcəkdə digər xərçəng növlərinə qarşı peyvəndlərin hazırlanmasına da yol aça bilər.