Son Xəbərlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun
Avropa sakinlərinin ABŞ-yə etimadı indiyə qədər olan ən aşağı səviyyəyə enib.
Filippinin Mindau adasının cənubunda baş verən 7,8 ballıq zəlzələ nəticəsində
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni öz qoşunlarını Yaxın Şərq
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Qarabağ" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir

Günəşdə yandığınız zaman xama və qatıq çəkirsiniz? - Həkim gözlənilməz təhlükələrdən danışdı

10 iyn 2026, 17:00
Günəşdə yandığınız zaman xama və qatıq çəkirsiniz? - Həkim gözlənilməz təhlükələrdən danışdı

Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı həkim-kosmetoloq Larisa Lyubina TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu cür xalq təbabəti üsullarından istifadə zamanı dəridə yağ təbəqəsi əmələ gəlir. Bu təbəqə istilik ötürülməsini bloklayaraq yanığı gücləndirir, tərkibindəki süd turşusu bakteriyaları isə infeksiyaya yol açır.

Mütəxəssis suluqlar əmələ gələcəyi təqdirdə onları deşməməyi tövsiyə edib, çünki qabarcıq dərinin steril müdafiə qatıdır. Qabarcığın bütövlüyü pozularsa, bu, asanlıqla infeksiyaya səbəb ola bilər.

Larisa Lyubina vurğulayıb ki, uzun müddət günəş altında qaldıqdan sonra ən yaxşısı sərinləşdirici duş qəbul etmək, yumşaq təmizləyici vasitələrdən istifadə etmək və dərini aloe-vera, pantenol və ya hialuron turşusu olan kremlərlə bol şəkildə nəmləndirməkdir.