Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola bilər.
Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı həkim-kosmetoloq Larisa Lyubina TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu cür xalq təbabəti üsullarından istifadə zamanı dəridə yağ təbəqəsi əmələ gəlir. Bu təbəqə istilik ötürülməsini bloklayaraq yanığı gücləndirir, tərkibindəki süd turşusu bakteriyaları isə infeksiyaya yol açır.
Mütəxəssis suluqlar əmələ gələcəyi təqdirdə onları deşməməyi tövsiyə edib, çünki qabarcıq dərinin steril müdafiə qatıdır. Qabarcığın bütövlüyü pozularsa, bu, asanlıqla infeksiyaya səbəb ola bilər.
Larisa Lyubina vurğulayıb ki, uzun müddət günəş altında qaldıqdan sonra ən yaxşısı sərinləşdirici duş qəbul etmək, yumşaq təmizləyici vasitələrdən istifadə etmək və dərini aloe-vera, pantenol və ya hialuron turşusu olan kremlərlə bol şəkildə nəmləndirməkdir.