Son Xəbərlər
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni öz qoşunlarını Yaxın Şərq
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Qarabağ" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Nikol Paşinyanın
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət
Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanları genişləndirilir.
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Liderxeber.az xəbər verir ki,
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dron və raket hücumlarının

“Onlar da müharibəni bizim kimi hiss edəcəklər”

10 iyn 2026, 09:58
“Onlar da müharibəni bizim kimi hiss edəcəklər”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dron və raket hücumlarının sayını artırmaqla hədələyib. 

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə Estoniyada çıxışı zamanı danışıb.  

Zelenski Ukrayna Silahlı Qüvvələrinin hücumlara maksimum cavab verməyə imkan verəcək sayda silaha sahib olacağını bildirib.

“Rusiya da başa düşür ki, əgər 600 dron və raket atılarsa, onlar bu müharibəni bizim kimi hiss edəcəklər”, - o deyib. 

Ukrayna lideri həmçinin Avropanın da Rusiya ilə danışıqlarda iştirak etməli olduğunu bəyan edib. 

“Avropa istənilən danışıqlarda iştirak etməlidir. Avropa sadəcə vasitəçi rolunda çıxış edə bilməz, çünki onlar bizim tərəfimizdədir”, - Zelenski vurğulayıb. 

Bundan əlavə, Ukrayna prezidenti ABŞ lideri Donald Trampdan hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü xahişinə cavab aldığını qeyd edib, lakin bunu açıqlaya bilməyəcəyini söyləyib. 

“Təfərrüatı sizinlə bölüşə bilmərəm, lakin mənim dövlətimə xeyli sayda zenit-raket vasitələri lazımdır. Mən cavab aldım, amma onu sizinlə bölüşə bilmərəm”, - Zelenski əlavə edib.