Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Qriqoryan İran XİN başçısı ilə müzakirə edilən məsələləri açıqlayıb

28 dek 2023, 12:30
Qriqoryan İran XİN başçısı ilə müzakirə edilən məsələləri açıqlayıb

Ermənistan və İran siyasi dialoqun ən yüksək səviyyədə davam etdirilməsini vacib hesab edir.

LiderXəbər xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla bağlı görüşünə dair "Facebook" hesabında paylaşımında bildirib.

"Biz iki dost ölkə arasında qarşılıqlı hörmətin və iki xalqın minillik qardaşlığı əsasında qurulmuş yüksək səviyyəli siyasi dialoqun davamlılığının vacibliyini minnətdarlıqla vurğuladıq. Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələləri müzakirə etdik, bu çərçivədə hər ikimiz Ermənistan və İran arasında əməkdaşlığın dərinləşməsini və bu istiqamətdə fəal addımların atılmasını qeyd etdik", - Qriqoryan qeyd edib.

O əlavə edib ki, tərəflər görüşdə Ermənistan hökumətinin təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsini də müzakirə ediblər.