Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

"Deyirlər, səni Ermənistana təhvil verəcəyik" - Kamil Moskvada saxlanıldı

21 fev 2024, 08:47
"Deyirlər, səni Ermənistana təhvil verəcəyik" - Kamil Moskvada saxlanıldı

Rusiyaya istirahətə gedən idmançı Kamil Zeynallı orada həbs olunub.

LiderXəbər xəbər verir ki, idmançı bu barədə sosial şəbəkədə məlumat yayıb. O, Moskvadakı Domodedovo hava limanında olarkən saxlanıldığını bildirib:

"Azərbaycana gəlirdim, Domodedovo hava limanında polislər məni saxladılar və bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib və hələlik burada həbs etdilər. Deyirlər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni bizdən götürəcəklər. Səhər məni məhkəməyə çıxaracaqlar. May ayından məni axtarışa veriblər, amma o vaxtdan 3 dəfə Rusiyaya gəlib-getmişəm. İndi isə həbs etdilər. Ümid edirəm dövlətimiz mənə dəstək olar, qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda bölmədəyəm, gözləyirəm. İnşallah yaxşı olar. Hər nə olsa da, haqqınızı halal edin".

Qeyd edək ki, Kamil müğənni Gülay Zeynallının həyat yoldaşıdır.