Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bankçılıqda yeni dövr - Bütün hesab məlumatları eyni tətbiqdə

07 okt 2025, 14:20
Bankçılıqda yeni dövr - Bütün hesab məlumatları eyni tətbiqdə

ABB mobile tətbiqi ilə bankçılıqda yeni dövr başlanıb.

Açıq bankçılığa qoşulmuş digər bankların müştəriləri də artıq öz hesablarını və kartlarını ABB mobile-da izləmək imkanı əldə ediblər. Bu, müştərilərə daha rahat, mərkəzləşdirilmiş və asanlıqla nəzarət edilə bilən bankçılıq təcrübəsi yaradır.

Müştəri balans və əməliyyat tarixçəsini birbaşa tətbiqdən izləyir. Onun fərdi icazəsi əsasında məlumatların paylaşılması idarə olunur. Eyni tətbiq üzərindən ümumi maliyyə hesabatına baxmaq mümkündür. Məlumatlarının paylaşılması üçün icazə müddətini (30 gündən 90 günədək) də müştəri özü müəyyənləşdirir.

Bu yenilik vasitəsilə müştəri ABB-dəki hesab və kart məlumatlarını da digər bank tətbiqlərinə əlavə etməklə həmin tətbiqlərdə bu məlumatları izləyə bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.