Son Xəbərlər
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni öz qoşunlarını Yaxın Şərq
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Qarabağ" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Nikol Paşinyanın
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət
Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanları genişləndirilir.
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Liderxeber.az xəbər verir ki,
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dron və raket hücumlarının

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına çoxsaylı zərbələr endirib

10 iyn 2026, 09:26
İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına çoxsaylı zərbələr endirib

İranın hərbi qüvvələri ABŞ-nin Bəhreyndə yerləşən donanmasının mövqelərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı məlumat yayıb.

"Düşmənin hərəkətlərinə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələri saat 2:30-da Bəhreyndəki 5-ci donanmanın dəniz qüvvələrinə qarşı PUA hücumu həyata keçirib", - deyə açıqlamada qeyd olunub.

Həmçinin telekanal SEPAH-ın regiondakı bir neçə ABŞ bazasına zərbələr endirməsi barədə bəyanatını da təqdim edib. Bununla yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı rəsmi məlumatda ABŞ-nin hücumları nəticəsində iki su çəninin dağıldığı və telekommunikasiya qülləsinə ziyan dəydiyi bildirilir.

Bundan başqa ABŞ-nin hücumlarına cavab olaraq İranın hərbi hava qüvvələri Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib.

"Dörd mühüm hədəf, o cümlədən aviabazada "F-35" qırıcılarının anqarları və İordaniyanın Əz-Zübeyd bölgəsində Amerika ordusunun idarəetmə və nəzarət mərkəzi məhv edilib", - deyə SEPAH-ın yaydığı məlumatda qeyd edilib.

Bundan əlavə, İran ABŞ-nin hərbi hava və hərbi dəniz bazalarında ümumilikdə 21 hədəfi vurduğunu, həmçinin "MQ9" pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.

ABŞ isə növbəsində İranın buraxdığı raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) mütləq əksəriyyəti havada zərərsizləşdirildiyini bildirib.

"Reuters" agentliyinin Amerika Birləşmiş Ştatları administrasiyasındakı mənbəyə istinadən yaydığı xəbərə görə, İran tərəfindən ABŞ-nin hərbi obyektlərinə atılan ballistik raketlər və dronlar demək olar ki, tamamilə ələ keçirilib. Bundan əvvəl isə "Axios" portalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinad edərək bildirmişdi ki, Tehran Bəhreyn, Küveyt və İordaniyada yerləşən Amerika bazalarına ən azı dörd ballistik raket və bir neçə PUA atıb.