Son Xəbərlər
"Qəbələ" klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-ni öz qoşunlarını Yaxın Şərq
Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının
İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
"Qarabağ" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirmək üzrədir
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Nikol Paşinyanın
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət
Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanları genişləndirilir.
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Liderxeber.az xəbər verir ki,
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı dron və raket hücumlarının

BVF Ermənistana 25 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb

10 iyn 2026, 11:31
BVF Ermənistana 25 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Nikol Paşinyanın partiyasının parlament seçkisindəki qələbəsindən sonra Ermənistana təqribən 25.1 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını təsdiq edib.

Liderxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilib. Qeyd olunub ki, Ermənistana 18.4 milyon dollar xüsusi borcalma hüququna (SDR) bərabər məbləğ veriləcək. Əvvəlki tranş da nəzərə alınmaqla, proqram çərçivəsində əldə edilə bilən maliyyələşmənin ümumi həcmi təqribən 50.2 milyon dollara çatacaq.

BVF-dən qeyd edilib ki, Ermənistan hökuməti müvafiq razılaşmanı hələ də profilaktik dəstək mexanizmi kimi dəyərləndirir və ayrılmış vəsaitlərdən yalnız ciddi zərurət yarandığı halda istifadə etməyi planlaşdırır.